Skip to main content
AI Telesales

Bazanızda minlərlə nömrə var. Ayda neçəsinə zəng olunur?

Cavab adətən eynidir: bir neçə yüzünə. Qalanı bazada qocalır. Vexvon həmin siyahını sona qədər yığır — eyni anda, yorulmadan, hər danışığın nəticəsini yazaraq.

Problem

Lead çatışmır deyilir. Əslində çatan lead işlənmir.

Siyahı böyükdür, operator azdır

İki nəfər gündə 80 zəng edir. 6 000 nömrəlik bazanı bitirmək üçün üç ay lazımdır — o vaxta qədər siyahının yarısı soyuyub.

Ən yaxşı lead-lər növbənin sonundadır

Zənglər siyahının ardıcıllığı ilə gedir, marağına görə yox. Almağa hazır adam bəzən heç zəng almır.

Nəticə yazılmır

«Maraqlanmadı» deyilir, amma niyə maraqlanmadığı heç yerdə qalmır. Növbəti kampaniya yenə sıfırdan başlayır.

Soyuq baza işləyən bazaya çevrilir

5000

nömrəyə qədər bir kampaniyada — CRM filtrindən seçilmiş siyahı

21x

5 dəqiqə ərzində əlaqə saxlanılan lead-in satışa keçmə şansı — 30 dəqiqə gözləyənlə müqayisədə

Hər zəngdə

transkript, xülasə və ssenaridə təyin etdiyiniz sahələr qeydə alınır

8

fərqli AI səsi — kampaniyanın səsini özünüz seçirsiniz

Necə işləyir

Filtrdən nəticəyə qədər altı addım

Kampaniyanın qurulması bir neçə dəqiqə çəkir.

  1. 01Auditoriyanı seçirsinizCRM-də şərt yazırsınız: status, teq, mənbə, «son 30 gündür əlaqə yoxdur». Və ya sadəcə Excel siyahısını yükləyirsiniz.
  2. 02Neçə nəfər olduğunu görürsünüzZənglər başlamazdan əvvəl sistem göstərir: filtrə neçə müştəri düşür və neçəsinin nömrəsi yoxdur.
  3. 03Ssenarini təyin edirsinizAgent nə danışacaq, hansı sualları verəcək, zəngdən hansı məlumatı çıxaracaq — hamısı ssenaridə yazılır.
  4. 04Zənglər başlayırSiyahı növbəyə düşür, agent nömrələri bir-bir yığır. Paralel zəng sayını və gündəlik limiti siz təyin edirsiniz.
  5. 05Nəticə yazılırHər zəngdən sonra transkript, xülasə və çıxarılan məlumat müştəri kartına düşür.
  6. 06Satışa hazır siyahıKomandanız minlərlə nəticə arasından yalnız maraqlananları filtrləyib işə başlayır.
Mexanizm

Üç şey kampaniyanı idarə olunan edir

Siyahı sabit deyil — canlıdır

Auditoriyanı fayl kimi yox, şərt kimi təyin edirsiniz: «status = maraqlanır», «mənbə = Instagram», «45 gündür danışmamışıq». Kampaniya başlayanda siyahı yenidən hesablanır, yəni həmişə təzə olur. Nömrəsi olmayanlar ayrıca göstərilir — kampaniya boş yerə işləmir.

  • Əvvəlcədən preview«Neçə nəfərə çatacaq?» sualı zənglərdən əvvəl cavablanır
  • Excel də olarFiltr qurmaq istəmirsinizsə, hazır siyahını yükləyirsiniz

Agent nə danışacağını ssenaridən bilir

Hər kampaniya üçün ayrıca ssenari qurulur: danışıq qaydası, agentin səsi, dili və zəngdən çıxarılacaq sahələr — büdcə, tarix, məhsul marağı. Agent lazım olanda sizin sisteminizə müraciət edib canlı məlumat da gətirə bilir, ya da zəngi canlı əməkdaşa ötürür.

  • Bilik bazası ortaqdırChatbot üçün yüklədiyiniz məlumat zəngdə də işləyir
  • Sahələr sizindirZəngdən hansı məlumatın çıxarılacağını siz təyin edirsiniz

Əlaqə hər an sizin əlinizdədir

Kampaniyanı dayandırıb yenidən başlada və ya tamamilə ləğv edə bilərsiniz. Gündəlik limit, paralel zəng sayı və iş saatı qaydası zənglərin nə vaxt və nə sürətlə getdiyini müəyyən edir; bir neçə çıxış nömrəsi arasında növbələşmə də mümkündür.

  • İş saatına hörmətZənglər sizin təyin etdiyiniz saatlardan kənarda getmir
  • Dayandır və davam etKampaniya ortasında saxlanıb sonra davam etdirilə bilir
Çoxaddımlı kampaniyalar

Bir zəngdən ibarət olmayan ssenarilər

Kampaniyanı addım-addım qurursunuz: hansı hərəkət, nə vaxt və hansı şərtlə baş versin.

  1. 01Zəng etKampaniya seçilmiş nömrəyə zəng edir və ssenari üzrə danışır.
  2. 02GözləNövbəti addıma qədər təyin etdiyiniz müddət gözlənilir — bir saat, bir gün, bir həftə.
  3. 03Şərt yoxla«Cavab verdi?», «maraqlandı?» — nəticəyə görə kampaniya iki fərqli budağa ayrılır.
  4. 04WhatsApp mesajı göndərZəngə cavab verməyənə təsdiqlənmiş şablonla WhatsApp mesajı gedir, söhbət açılırsa AI davam etdirir.
  5. 05Teq əlavə etMüştəri nəticəyə uyğun işarələnir və gələcək seqmentlərdə avtomatik nəzərə alınır.
  6. 06TamamlaSsenari bitir, nəticə müştəri kartına və kampaniya hesabatına yazılır.
Nə üçün istifadə olunur

Ən çox işə yarayan kampaniyalar

Hamısı eyni mexanizmdir — dəyişən yalnız filtr və ssenaridir.

  • Yatmış müştəri bazasının reaktivasiyası
  • Qiymət soruşub qərar verməyənlərə təkrar zəng
  • Sosial şəbəkədən toplanan nömrələrə ilk əlaqə
  • Ödəniş və müqavilə xatırlatmaları
  • Görüş və rezervasiya təsdiqi
  • Kampaniya və endirim təqdimatı
  • Müştəri məmnuniyyəti sorğusu
  • Sifarişi yarımçıq qoyanlara zəng
AI Telesales

Öz bazanızla bir pilot kampaniya quraq

Kiçik bir seqmentlə başlayırıq — nəticəni rəqəmlərlə görürsünüz.

AI Call Center əməkdaşımız sizə zəng edəcək · 24/7
Demo sifariş et

Sizə necə yardımçı ola bilərik?

Aşağıdakı məlumatları qeyd edin, call center-imiz sizinlə əlaqə saxlasın.

  • Pulsuz məsləhət
  • AI Call Center · 24/7
  • Öhdəlik yoxdur