Skip to main content
Analitika

Bot işləyir. Bəs qazandırdı?

«Yaxşıdır, məmnunuq» cümləsi büdcə müdafiə etmir. Vexvon hər ay konkret rəqəm verir: neçə müraciət qarşılandı, neçəsi iş saatından kənarda idi, hansı kanal lead gətirdi və bu nə qədər operator saatına bərabərdir.

Rəqəmlər təxmin deyil

17

fərqli əməliyyat üzrə AI xərci və gecikməsi ayrıca qeydə alınır

Saat üzrə

istilik xəritəsi göstərir: müraciətlər hansı saatlarda yığılır

Excel

hesabat kanal və tarix filtri ilə yüklənir — mühasibatlıq və rəhbərlik üçün

Hesabatda nə var

Yeddi bölmə, hər biri bir qərar üçün

Ümumi mənzərə

Ümumi mesaj sayı, gələn müraciətlər, verilən cavablar, unikal müştəri sayı və təxmini qənaət edilən operator saatı.

İş saatı analizi

İş saatından kənarda gələn və cavablanan mesajların payı, həftəsonu müraciətləri və saat üzrə yüklənmə xəritəsi.

Kanal bölgüsü

Hansı kanaldan neçə mesaj gəldi və həmin kanal neçə lead gətirdi — büdcənin hara getməli olduğu buradan görünür.

Söhbətlər

Ümumi, bağlanmış və tam bot tərəfindən idarə olunan söhbətlərin faizi — avtomatlaşmanın real dərinliyi.

Lead-lər

Ümumi lead sayı, uğurla bağlananlar və iş saatından kənarda yaranan lead-lərin payı.

Müştəri əhval-ruhiyyəsi

Müsbət, neytral və mənfi müştəri mesajlarının payı — məmnuniyyət trendi bir qrafikdə görünür.

AI etibarlılığı və xərci

Ümumi AI çağırışı, uğur faizi, orta gecikmə, sərf olunan token və dollarla xərc.

Nə üçün lazımdır

Hesabatın cavab verdiyi üç sual

«Bu sistem özünü ödəyirmi?»

Ən aydın göstərici iş saatından kənarda cavablanan müraciətlərin sayıdır — bunlar sistem olmasa ümumiyyətlə cavabsız qalacaq mesajlardır. Üstünə verilən cavabların sayından hesablanan təxmini operator saatı qənaəti gəlir. İkisi birlikdə «nə qazandıq» sualına rəqəmlə cavab verir.

  • Gecə və həftəsonuSistem olmasa itəcək müraciətlərin payı ayrıca görünür
  • Operator saatıCavabların sayından qənaət edilən vaxt hesablanır

«Növbəti investisiyanı hara qoyaq?»

Kanal bölgüsü mesaj həcmini deyil, nəticəni göstərir: Instagram çox mesaj gətirə bilər, amma lead-lərin yarısı WhatsApp-dan gələ bilər. Saat üzrə yüklənmə isə komanda planlaşdırması üçündür — hansı saatlarda canlı operatorun növbədə olması lazım olduğu göründükdə qərar asanlaşır.

  • Kanal üzrə leadHansı kanalın real satış gətirdiyi ayrıca görünür
  • Ən yoğun saatNövbə cədvəli təxminlə deyil, məlumatla qurulur

«Xərc nəzarətdən çıxmır ki?»

Hər AI çağırışı ayrıca qeydə alınır: hansı məqsədlə (cavab hazırlanması, səsin mətnə çevrilməsi, şəklin oxunması, məlumat çıxarılması…), hansı model, nə qədər token və nə qədər xərc. Xərcin hansı əməliyyatdan gəldiyi dəqiq bilinir — ümumi bir rəqəmə baxıb təxmin etmək lazım gəlmir.

  • Model seçimiXərc və keyfiyyət balansı üçün model dəyişdirilə bilir
  • Log ixracıLoglar tarix aralığı ilə Excel-ə çıxarıla bilir
Rəhbərlik üçün

Hesabatı heç kimin hazırlaması lazım deyil

Gündəlik və həftəlik satış hesabatı təyin etdiyiniz Telegram qrupuna avtomatik göndərilir: neçə lead düşüb, neçəsi işlənib, kim nə bağlayıb. Heç kim cədvəl doldurmur, heç kim «hesabatı göndər» deyə xatırlatmır.

Daha dərin baxış lazım olanda Excel hesabatı kanal və tarix filtri ilə yüklənir. Toplanmış lead nömrələrini və AI loglarını ayrıca ixrac etmək də mümkündür — məlumat sizindir və sistemdən çıxarıla bilər.

Analitika

Öz rəqəmlərinizi görün

Demo zamanı hesabatın hansı bölmələrinin sizin üçün əhəmiyyətli olduğunu birlikdə seçirik.

AI Call Center əməkdaşımız sizə zəng edəcək · 24/7
Demo sifariş et

Sizə necə yardımçı ola bilərik?

Aşağıdakı məlumatları qeyd edin, call center-imiz sizinlə əlaqə saxlasın.

  • Pulsuz məsləhət
  • AI Call Center · 24/7
  • Öhdəlik yoxdur