Saytınız
Ünvanı verirsiniz, səhifələr avtomatik gəzilir, mətnlər təmizlənib bilik kimi saxlanılır.
Süni intellektin ən böyük riski uydurmasıdır. Vexvon bunun qarşısını sadə qayda ilə alır: cavab yalnız sizin yüklədiyiniz məlumatdan qurulur — sayt, sənəd, kataloq və keçmiş yazışmalarınızdan.
səhifəyə qədər sayt məzmunu avtomatik oxunub bilik bazasına çevrilir
ölçüsünə qədər PDF sənəd yüklənə bilir
eyni bilik həm yazışma botuna, həm də zəng agentinə xidmət edir
Ünvanı verirsiniz, səhifələr avtomatik gəzilir, mətnlər təmizlənib bilik kimi saxlanılır.
Qiymət siyahısı, təlimat, müqavilə şablonu — sənədin mətni çıxarılır və axtarıla bilən hala gətirilir.
Ad, kod, qiymət, stok, kateqoriya, ölçü və rəng variasiyaları — hər biri öz qiyməti və stoku ilə.
Instagram arxivinizdən sual-cavab siyahısı çıxarılır — bot sizin əvvəlki cavablarınızı öyrənir.
Tək-tək mətn əlavə edə və ya bir sorğuda çoxlu məlumatı toplu şəkildə yükləyə bilərsiniz.
Sifariş statusu kimi dəyişkən məlumat canlı gətirilir; istəsəniz nəticə daimi biliyə çevrilir.
Məhsul sadəcə bir abzas kimi yox, obyekt kimi saxlanılır: qiymət, stok, kateqoriya və variasiyalar ayrıca sahələrdir. Ona görə bot «qara rəngdə XS var?» sualına «bəli, 3 ədəd, 89 manat» deyə cavab verə bilir — abzası oxuyub təxmin etmir.
Hər məlumat parçası üçün hədəf təyin edilir: yalnız yazışma botu, yalnız zəng agenti, ya da hər ikisi. Beləliklə telefon ssenarisi üçün lazım olan qısa cavablarla saytdakı uzun izahlar bir-birinə qarışmır — amma baza yenə bir dənədir.
Bot cavab verəndə hansı bilik parçalarından istifadə etdiyi qeydə alınır. «Bot niyə belə dedi?» sualının cavabı var — və səhv cavabın kökü tapılıb düzəldilə bilir. Mətni dəyişdiyiniz anda bilik bazası da yenilənir; botu yenidən öyrətmək lazım gəlmir.
Adətən bir iş günü içində tamamlanır.
Saytınızın ünvanı kifayətdir — qalanını demo görüşündə birlikdə tamamlayırıq.