Müştəri bazanızı yükləyin
Excel və ya CSV siyahınızı olduğu kimi yükləyin — heç nəyi yenidən yazmağa ehtiyac yoxdur. Ad, nömrə və əlavə sütunlar saxlanılır.
Vexvon müştərilərinizlə öz dilində danışır, suallarını cavablandırır və maraqlananları sizin üçün ayırır.
Nömrənizi daxil edin. Vexvon sizə zəng etsin.
Əvvəl real danışığı dinləmək istəyirsiniz?
Real danışıq nümunəsi — Müştəri mənzil qiymətini və kredit imkanını soruşur. Vexvon sualları cavablandırır və söhbəti davam etdirir.
Real danışıq nümunəsi
2 otaqlı mənzillərin qiyməti nə qədərdir?
2 otaqlı mənzillər 84 kvadratmetrdir, qiyməti 195 000 manatdan başlayır.
Kredit mümkündür?
Bəli, 20% ilkin ödənişlə. İstəsəniz aylıq ödənişi elə indi hesablayım.
Komandanız gün ərzində yalnız müəyyən sayda müştəri ilə danışa bilir. Baza böyüdükcə isə zəng gözləyənlərin sayı artır.
Minlərlə müştəri olsa da, komandanız gün ərzində onların yalnız bir hissəsinə zəng edə bilir.
Siz zəng edənə qədər müştəri başqa seçimə keçə bilər.
Kim maraqlandı, kimə yenidən zəng etmək lazımdır — minlərlə danışıq olduqda bunları izləmək ayrıca işə çevrilir.
Excel və ya CSV faylını yükləyin, zəng ediləcək auditoriyanı seçin və vaxtı təyin edin. Qalanını Vexvon edir.
Excel və ya CSV siyahınızı olduğu kimi yükləyin — heç nəyi yenidən yazmağa ehtiyac yoxdur. Ad, nömrə və əlavə sütunlar saxlanılır.
Bütün bazaya deyil, yalnız lazım olan seqmentə zəng edin — büdcə boş nömrələrə getmir.
Hansı gün və hansı saatlarda zəng ediləcəyini özünüz müəyyən edin.
Kampaniya gedərkən kimin nə cavab verdiyini real vaxtda görürsünüz.
Müştəri bazanız böyüdükcə yeni operator əlavə etməyə ehtiyac qalmasın. Vexvon eyni anda çoxsaylı zənglər apararaq böyük siyahıları daha qısa müddətdə tamamlayır.
İlkin və təkrarlanan zəngləri öz üzərinə götürür. Cavab verməyənlərə yenidən zəng edir və hər danışığın nəticəsini qeyd edir.
Vaxtını həqiqətən maraqlanan müştərilərə ayırır. Danışığa müştərinin nə istədiyini bilərək başlayır.
Komandanız satışla məşğul olsun. Təkrarlanan zəngləri Vexvon etsin.
Vexvon müştərinin dediklərini başa düşür, etirazını qarşılayır və söhbəti sizin təyin etdiyiniz məqsədə doğru aparır. Hər cavab müştərinin dediyinə görə dəyişir.
Zəng nümunəsi
Müştəri
+994 50 ••• •• ••
Vexvon
Salam. Mənzil layihəmizlə bağlı müraciət etmişdiniz. Hazırda danışmaq üçün uyğundur?
Müştəri
Bəli. 2 otaqlı mənzillər neçədən başlayır?
Vexvon
2 otaqlı mənzillər 195 min manatdan başlayır. Özünüz yaşamaq üçün baxırsınız, yoxsa investisiya üçün?
Müştəri
Özüm üçün. Amma 195 min mənim üçün bir az yüksəkdir.
Vexvon
Başa düşürəm. Büdcənizə uyğun variantlarımız da var. Hansı aralığı nəzərdə tutursunuz?
Müştəri
160–170 min arası.
Vexvon
Bu aralıqda uyğun mənzillərimiz var. Kredit imkanı da var — 20% ilkin ödənişlə.
Müştəri
Kredit imkanı olsa maraqlıdır.
Vexvon
Onda satış əməkdaşımız sizinlə əlaqə saxlasın? Ətraflı hesablamanı o edəcək.
Vexvon hər danışıqdan sonra müştərinin statusunu qeyd edir və danışıqda keçən mövzulara uyğun tag-lər əlavə edir. Siz isə status və tag-lərə görə istədiyiniz müştəriləri filtrləyirsiniz.
Status
Satış üçün hazır
Tag-lər
Növbəti addım
Satış komandası əlaqə saxlasın
Bunları Vexvon danışıqdan özü çıxardı.
184müştəri
Bu şərtlərə uyğun müştərilər tapıldı.
Vexvon Instagram, WhatsApp, TikTok, Facebook, Telegram və saytınıza yazan müştərilərlə özü danışır, suallarını cavablandırır və söhbəti satışa doğru davam etdirir.
Suallarını cavablandırır, nə axtardığını öyrənir və uyğun seçimləri təklif edir.
Maraqlanan müştərinin əlaqə nömrəsini alır və lazım olduqda söhbəti zənglə davam etdirir.
Birbaşa mesaj
Vexvon cavab verir
2 otaqlı mənzil axtarıram. Qiymətlər necədir?
2 otaqlı mənzillər 195 min manatdan başlayır. Özünüz üçün baxırsınız, yoxsa investisiya üçün?
Özüm üçün. Kreditlə almaq mümkündür?
Bəli, kredit imkanları var. Təxminən hansı büdcə aralığında düşünürsünüz?
160–170 min.
Uyğun variantları dəqiqləşdirək. Əlaqə nömrənizi yaza bilərsiniz?
050 ••• •• ••
Əlaqə nömrəsi alındı
Vexvon zəng edir
Nömrəni Vexvon söhbətdən özü götürdü. Zəng eyni kontekstlə davam edir.
Vexvon sosial şəbəkədə müştəri ilə danışır, nə axtardığını müəyyən edir, əlaqə nömrəsini alır və həmin müştəriyə zəng edir. Lead soyumadan.
«2 otaqlı mənzil haqqında məlumat istəyirəm.»
Əlaqə nömrəsi alındı
Müştəri yazdı. Vexvon danışdı. Nömrəsini aldı. Zəng etdi. Maraqlanan müştərini komandanıza verdi.
Vexvon zəngləri və sosial şəbəkələrdən gələn yazışmaları bir yerdə idarə edir.
Müştəri Instagram-da yazıb sonra zəng etsə belə, söhbət sıfırdan başlamır. Məlumatları və əvvəlki əlaqə tarixçəsi bir yerdə qalır.
Bütün inteqrasiyalara baxınInstagram10:42
2 otaqlı mənzil axtarıram.
Eyni müştəri
Aysel M.
+994 50 ••• •• ••
Satış üçün hazır
Eyni tarixçə
InstagramTelefon
Zəng edildi · 03:42
Telefon11:03
Müştərilərinizə hər zaman cavab verir.
Gecə, həftəsonu və bayram günlərində də.
Müştəriləriniz harada yazırsa, Vexvon oradadır.
Zəng · Instagram · WhatsApp · TikTok · Facebook · Telegram · Website
Müştəri hansı dildə danışırsa, Vexvon həmin dildə cavab verir.
Bütün müştəri məlumatınız bir sistemdə toplanır — ona görə də sual yerindədir. Məlumatlar yalnız xidmətin işləməsi üçün istifadə olunur, girişə nəzarət edilir və ötürülmə zamanı qorunur.
Məlumatların ötürülməsi şifrələnir
Müştəri məlumatları üçüncü tərəflərə satılmır
Giriş hüquqları istifadəçi və rol səviyyəsində idarə olunur
Ehtiyacınız olan məhsulla başlayın. Digərlərini istədiyiniz zaman eyni hesaba əlavə edin.
Müştəri siyahınıza zəng edir, danışır və maraqlanan müştəriləri ayırır.
Gələn zəngləri 24/7 cavablandırır və lazım olduqda operatora yönləndirir.
Sosial şəbəkələrdən və saytınızdan gələn müştərilərlə danışır və məlumatlarını toplayır.
Social AI
Nömrəni toplayır
Telesales
Müştəriyə zəng edir
Analytics
Nəticəni göstərir
Zəngləri və yazışmaları eyni status və tag sistemi ilə izləyin, filtrləyin və nəticələri bir yerdən görün.
Analitika haqqındaBütün kanallar
Hər kanalda eyni
Müştəri bazanız və iş prosesinizə uyğun qurulur. Sektorunuzdan bir neçə real nümunəyə baxın.
Bazadakı müştərilərə zəng etməyə həmişə vaxt çatmırdı. İndi siyahını yükləyirik, Vexvon zəng edir və biz yalnız maraqlananlarla danışırıq.
Ad Soyad
Satış rəhbəri · Şirkət adı
Bəli. Vexvon Azərbaycan dilində danışa və müştərinin cavablarına uyğun söhbəti davam etdirə bilir. Digər dillərdə də danışır — ssenarini hansı dildə qursanız, müştəri ilə o dildə danışacaq.
Vexvon-un sizin biznesinizdə necə işləyə biləcəyini real ssenari üzərində görün.