Haqqımızda
VEXVON — süni intellekt texnologiyaları sahəsində ixtisaslaşmış və bizneslərə fərdiləşdirilmiş chatbot
həlləri təqdim edən innovativ platformadır. Missiyamız – müştərilərin müştəri xidmətləri və məlumat axınını
daha effektiv, sürətli və avtomatlaşdırılmış şəkildə idarə etmələrinə dəstək olmaqdır.
Nə təklif edirik?
VEXVON, istifadəçilərinə xüsusi təlimləndirilmiş chatbot və istifadəçi dostu idarəetmə paneli təqdim edir.
Platformamız sayəsində chatbotunuzu istədiyiniz kimi formalaşdıra, real vaxtda cavablarını izləyib redaktə
edə və tam nəzarət imkanına sahib ola bilərsiniz.
Əsas üstünlüklərimiz:
-
Fərdiləşdirilmiş Dashboard – Botun cavablarını və davranışını istənilən vaxt dəyişmək və
uyğunlaşdırmaq imkanı
-
Çoxdilli Dəstək – Azərbaycan, ingilis, rus və digər dillərdə tam funksional cavablar
-
Platformalararası İnteqrasiya – Instagram (DM və şərhlər), WhatsApp, Facebook, Telegram,
LinkedIn və veb saytlarla saniyələr içində qoşulma
-
Tam brendə uyğunlaşdırma – Chat widget-in dizaynı və bot obrazı tam şəkildə brendinizə
uyğun yaradılır
-
Real vaxtda nəzarət və müdaxilə – Bot cavablarına müdaxilə etmək, kontenti dəyişmək və
testlər aparmaq mümkündür
-
Scraper inteqrasiyası – Saytdan avtomatik məlumat toplayaraq e-ticarət üçün effektiv
kontent yaradılması
-
Səsli mesajların tanınması – İstifadəçilər səsli mesaj göndərdikdə, bot bu mesajı
anlayaraq uyğun cavab təqdim edir
- Həssas məlumatların analizi – Bot mürəkkəb və həssas sualları analiz edə bilir
-
Analitika və məlumat toplama – Bot vasitəsilə toplanan məlumatlar süni intellekt
analitika rejimi ilə rahatlıqla analiz olunur
-
Sadə və funksional idarə paneli – Komanda üzvlərinin əlavə olunması, kontentlərin idarəsi
və təhlil imkanları
-
Sürətli və peşəkar texniki dəstək – Komandamız tərəfindən operativ və yüksək səviyyəli
dəstək xidməti